Nə yesək çox yaşayarıq? - Alimlər açıqladı
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti sağlam qidalanma üçün “The Eatwell Guide” adlı bələdçi hazırlayıb.

Bu bələdçi insanları düzgün qidalanmanın sağlamlıq faydaları haqqında məlumatlandırmaq məqsədi daşıyır. Təlimatlara əsasən, gündə beş porsiya meyvə və tərəvəz yemək, karbohidrat, şəkər, yağ və duz qəbulunu azaltmaq lazımdır. Bundan əlavə, mütəxəssislər kolbasa, sosis və şirin qazlı içkilərdən imtina edərək, su, qoz-fındıq və tam buğda məhsullarına üstünlük verməyi məsləhət görürlər.


Alimlər bu tövsiyələrə əməl olunmasının insan ömrünün uzunluğuna və sağlamlığına necə təsir edəcəyini öyrənməyə çalışıblar. Bunun üçün onlar yemək vərdişləri haqqında danışan 467 354 ortayaşlı könüllünün iştirakı ilə araşdırma aparıblar. Elm adamları daha sonra subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıblar. Sorğu bitəndən bir müddət sonra alimlər hansı iştirakçıların hansı yaşda öldüyünü qeyd ediblər.

Məlum olub ki, çoxlu emal olunmuş ət (kolbasa, sosis), unlu məmulatlar yeyən və tez-tez şəkərli qazlı içkilər içən insanlar daha sağlam pəhriz saxlayanlara nisbətən az yaşayırlar. Alimlər müəyyən ediblər ki, “The Eatwell Guide”nin tövsiyə etdiyi qoz-fındıq, tam buğda, meyvə və paxlalı yemək ömrü uzadır. Tədqiqatçılar deyirlər ki, yemək vərdişlərindəki kiçik müsbət dəyişikliklər belə (məsələn, şəkərin azaldılması) ömrün bir il uzadılmasına səbəb ola bilər. Onlar, həmçinin “The Eatwell Guide”ın bütün tələblərinə əməl edilən halda ömrünüzün səkkiz il uzanacağını iddia edirlər.

Saglamolun.Az

Print ელ. ფოსტა
FaceBook Twitter Google