Zaur Darğallı Marneulililərə təşəkkür edib
“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı öz “Facebook” səhifəsindən Marneulililərə təşəkkür edib.


MSK-nın rəsmi səhifəsində hələ heç bir məlumatın paylaşılmamasına baxmayaraq, Darğallı qalib gəldiyini hesab edir.




Marneulidə növbədənkənar mer seçkilərində 15 namizəd mübarizə aparırdı. Dairə seçki komissiyasının sədrinin dediyinə görə, bütün məntəqələr vaxtında bağlanıb. Seçkilərdə 99 717 seçicidən 35 714 nəfər səs verib ki, bu da ümumi seçicilərin 35,82% deməkdir.



22 saylı Dairə Seçki Komissiyasına 22 şikayət ərizəsi daxil olub.
Print ელ. ფოსტა
FaceBook Twitter Google