Marneuli 83 saylı seçki məntəqəsinə edilmiş hücumdan sonra xəsarət almış İrakli Kveladze müalicəsinə evdə davam edir
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının “Qirçi” partiyasından olan üzvü İrakli Kveladze seçki günü ona edilmiş hücum barədə yazır və polisləri vaxtında reaksiya göstərməyə çağırır.

Kveladzenin sözlərinə görə, o, Marneuli Dairə Seçki Komissiyasının üzvü olaraq məlumat alıb ki, Qızılhacılıda, 83 saylı məntəqədə seçki prosesi pozuntularla aparılır. Məntəqəyə gedən zaman isə onu döyərək təhqir ediblər.

“83 saylı komissiyada çox sayda prosedura pozuntuları baş vermişdi. Qeydə alınmış pozuntuların düzəldilməsini tələb etdikdə bu komissiya üzvlərinin (qeydiyyatçının) və oradakı müşahidəçinin xoşuna gəlmədi. Bundan sonra məni təhqir edərək döydülər. Bu zaman məntəqəyə təqribən 30 nəfər yad şəxs girdi. Onlar məntəqəni tərk etdikdən sonra bizi öldürəcəkləri ilə hədələyirdilər!!! Ancaq, polis gəldiyinə görə ,sona qədər davam edə bilmədilər və məndə olan məlumata görə, ərazini tərk etmişdilər”,
– İrakli Kveladze öz “Facebook” səhifəsində yazıb.

Marneuli Dairə Seçki Komissiyasının üzvünün sözlərinə görə, o, hücum zamanı baş-beyin xəsarəti alıb. Üç gün ərzində Marneuli “Aversi” klinikasında müalicə alırmış. 14 gün ərzində isə, həkimin tövsiyəsi ilə evdə müalicəsinə davam edəcək.

“Həmkarım cənab Elquca Çxitunidzeyə, yuxarıda qeyd etdiyim məntəqənin komissiya üzvləri Tea və Maia xanıma minnətdarlığımı bildirmək istəyirəm. Onlar məni əlavə hücumdan müdafiə etməyi bacarıblar”, – Kveladze yazıb.

“Marneuli” radiosu İrakli Kveladze ilə ona edilmiş hücum barədə danışmağa cəhd göstərdi. O, hələ də özünü pis hiss edir və danışa bilmir. Buna görə əlavə şərh verə bilmədi.

Daxili İşlər Nazirliyi Marneuli 83-saylı seçki məntəqəsində baş vermiş hücumla əlaqədar Cianyət Məcəlləsinin 162-ci prima maddəsinin birinci hissəsi ilə istintaq aparır. Həmin maddə seçki gününün təyin olunmasından seçkilərin yekun nəticələri məlum olana qədər səsvermə binasında, seçki komissiyasının yerləşdiyi məkanda, ətraf ərazidə, seçkiqabağı təbliğat, yaxud seçkiqabağı kampaniya tədbirləri zamanı döyülmə, yaxud başqa zorakılığı nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google