DİN narkotik istehsalı ilə məşğul olan mütəşəkkil qrupun 29 üzvünü həbs edib
23:34 / 15.03.2019
DİN
nazirinin müavini - Vladimer Bortsvadzenin brifinqi
Cəmiyyətə DİN tərəfindən aparılan geniş əməliyyat haqqında məlumat
vermək istəyirik.
DİN tərəfindən Gürcüstana narkotik daxil edilməsi və istifadəyə
verilməsi üzrə cinayət sxeminin aşkarlanması və mütəşəkkil qrupun
üzvlərinin – geniş narkotik istifadəçilərinin həbs edilməsi
əməliyyatı həyata keçirildi.
Tbilisi, Kvemo Kartli və Mərkəzi Kriminal Polis Departamentlərinin
əməkdaşları geniş operativ-istintaq tədbirlərini həyata keçirib və
nəticədə narkotik istehsalı ilə bağlı 29 nəfər həbs olunub.
Konkret olaraq Tbilisidə - Ponicala məntəqəsində davamlı narkotik
isifadəyə verən, narkotik satıcıları qrupunun üzvləri
saxlanılıb.
İstintaq nəticəsində müəyyən edilib ki, Ponicalada saxlanılan qrup
üzvləri cinayət sxeminə əsasən Gürcüstanda narkotik maddənin
yayılmasının başında dururlarmış. Onlar xüsusən böyük miqdarda
müxtəlif növ narkotik maddələri başqa narkotik satıcılarına
verirlərmiş və onlar tərəfindən narkotikn yayılması nəticəsində
əldə olunan məbləğin müəyyən hissəsini götürürlərmiş.
Hakimin hökmü əsasından hüquq mühafizəçiləri saxlanılan şəxslərin
dəfələrlə müxtəlif növ narkotik maddələrin, həmçinin, heroin və
kokainin yoxlamaq üçün alınması və qeyd olunan alışın gizli video
və audio qeydinin yazılmasını həyata keçirib.
Polis eləcə də ittiham olunanların üstlərinin, avtomobil və yaşayış
evinin yoxlanılması zamanı onlarla bağlama, dəyərli, satış üçün
hazrılanmış xüsusən böyük miqdarda narkotik maddə heroini dəlil
olaraq müsadirə ediblər.
Həmçinin, narkotik cinayəti ilə əlaqədar olaraq paytaxtın başqa
məhəllələrində, Rustavidə, Marneulidə, Qardabanidə, Kutaisi
beynəlxalq aeroportunda və Lars sərhəd buraxılış məntəqəsində 9
nəfər saxlanılıb.
Saxlanılan şəxslər tərəfindən törədilmiş cinyət 8 ildən 20 ilə
qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə
edilməsi-saxlanılmsı, istifadəyə verilməsi və Gürcüstana qanunsuz
daxil edilməsi faktları ilə bağlı istintaq davam edir. Törədilmiş
cinayət Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci, 4-cü
və 6-cı, 262-ci maddəsinin 3-cü və 4-cü hissəsinin "a" bəndi ilə
nəzərdə tutulub.
DİN ölkədə narkotikin qanunsuz dövriyyəsinə və yayılmasına qarşı
fəal mübarizəni davam etdirir.
2019-cu ilin bir yanvarından bu günə qədər DİN-in əməkdaşları
tərəfindən aparılan operativ əməliyyat nəticəsində aşkarlanıb: 11
kq-a qədər heroin, 1 kq 300 qr kokain, 800 həb suboteks və
suboksin, 1300 həbdən artıq ekstaz, 4 kq 500 qr yeni psixotrop
maddələr və 150 qr psixotrop preparatlar. Cari ildə hüquq
mühafizəçiləri narkotik maddələrə görə 318 nəfəri cinayət
məsuliyyətinə cəlb ediblər.