Marneulidə Novruz bayramı (Foto/video)
Marneuli bələdiyyəsində bu gün, 21 martda Novruz bayramı qeyd olundu.

Novruza həsr edilmiş tədbirlər saat 11:00-da başladı. Gələn qonaqların müxtəlif sərgiləri və guşələri nəzərdən keçirmək imkanı var idi.



Rustaveli küçəsində azərbaycanlılara aid etnik guşə (ənənəvi yeməklər, şirniyyat, çay) təqdim olunmuşdu.


Xəngəl, Plov, Dovğa.

Gürcü etnik guşəsində (ənənəvi yeməklər, şirniyyat, şərab).



Həmçinin, foto guşə təqdim olunmuşdu. Yerli rəssamların rəsmlərinin sərgisi, eləcə də Marneuli bələdiyyəsinin “Mədəniyyət evinin” keramikadan ibarət əl işləri və rəsmlər sərglənmişdi. Əl işləri üzrə masterklass.



Azərbaycan alətlərinin sərgisi.


Azərbaycan musiqi aləti saz.

Novruzda eləcə də Kvemo Kartli bələdiyyəsinin pavilyonu təqdim olunmuşdu.

Şulaveridə yerləşən “Studio Hobby Hause”nin benefisiarları tərəfindən işlənilən əşyaların sərgisi, əldə hazırlanan zərgərlik əşyalarının sərgisi, yerli istehsal olan məhsulların sərgisi təşkil edilmişdi. Eləcə də Novruzun üç vacib qəhrəmanı kosa, keçəl və Dədə Qorqud təqdim edilmişdi. (Dədə Qorqudu müdrik olaraq yad edirlər. Kosa daim qonaqların əhavlını yüksəldir).



Novruz bayramını təbrik etmək üçün Marneuliyə Gürcüstanın baş naziri Mamuka Baxtadze gəldi. O, Gürcüstanın rəngarəngliyindən və çox əsrliliyindən danışıb.



Kvemo Kartlidə dövlət müvəkkili Şota Rexviaşvili Marneuli sakinlərinin Novruz bayramını təbrik etdi. O, dövlət dilinin tədris baxımından olan problemləri qeyd etdi. Bildirdi ki, Gürücstan tarixi olaraq həmişə azadlıq, azad mühitd sülh içində yaşamaq üzrə tarixi nümunə olub.



Tədbirdə yerli və mərkəzi hakimiyyət nümayəndələri eləcə də diplomatik korpus üzvləri iştirak edirdilər.



“Novruz” – fars sözüdür. Onun bir hissəsi nov – yeni, ikinci hissəsi – ruz gün deməkdir. Novruz yazın gəlişini, bəzi ölkələrdə isə yeni il bayramıdır. Bayram süfrəsinə xüsusi diqqət yetirilir və bu gün üçün üç şirniyyat şəkərbura, qoğal və paxlava hazırlanır. Eləcə də qırmızı yumurta boyanır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები