Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, son üç ildə
olduğu kimi, 2023-cü ildə də doğulanlardan çox insan ölüb.
Milli Statistika Xidmətinin məlumatına görə, ötən il 40 214 uşaq
doğulub, ölənlərin sayı isə 42 756 (əvvəlki illə müqayisədə 13% az)
olub.
2023-cü ildə mənfi təbii artım (diri doğulanların və ölənlərin sayı
arasındakı fərq) 2542 nəfər müəyyən
edilib. Bundan əlavə, Milli
Statistika Xidmətinin məlumatına görə, Tbilisi, Acarıstan Muxtar
Respublikası və Kvemo Kartli bölgəsi istisna olmaqla, bütün
regionlarda mənfi təbii artım qeydə alınıb.
- 2022-ci ildə Gürcüstanda doğulanlardan 6799 nəfər çox
ölüb
- 2021-ci ildə Gürcüstanda doğulanlardan 13 090 çox insan
ölüb
- 2020-ci ildə Gürcüstanda doğulanlardan daha çox insan
ölüb
2022-ci illə müqayisədə diri doğulanların sayı 5%, ölənlərin sayı
isə 13% azalıb.