Şota Rexviaşvili Novruz bayramında dil maneəsini diqqətə yetirib
Kvemo Kartli Dövlət Müvəkkili Şota Rexviaşvili Marneulili sakinlərin Novruz bayramını təbrik edib. O, dövlət dili baxımından mövcu olan problemləri diqqətə yetirib.

Qeyd edib ki, Gürcüstan tarixi olaraq həmişə azadlığın, azad mühitdə sülh içində bərabər yaşamın tarixi nümunəsi olub və bunda həmişə dövlət və hakimiyyət ona dəstək olurdu.

“Kvemo Kartlidə bu mədəniyyət, bu rəngarənglik və milli kimliyin qorunması hiss olunur. Bu bizim gündəlik qayğısına qalmalı olduğumuz möhtəşəm nümunədir. Bizim rənagərngliyimiz bütün Gürcüstanı gücləndirir. Biz bu ölkənin vətəndaşlarıyıq, bizim vətənimiz Gürcüstandır və əlbəttə biz onun güclü olmasının, firavanlığının və mühafizəsinin qayğısına qalmalıyıq. Amma bir vacib problemimiz var və mən əminəm ki, bütün nəsillərdən dolayı bu baxımdan addımlar atırıq və yaxın gələcəkdə bizim bu miqyasda dil maneəmiz olmayacaq. Biz ölkəmizdə dövlət dilini bilməliyik və ünsiyyətdə bu gün olan problemimiz olmamalıdır. Ona görə də bizim borcumuzdu ki, xüsusən gənc nəsili gürcü dövlətçiliyi hissləri ilə yetişdirək və onlara ölkənin dövlətçilik və siyasi fəaliyyətinə qoşulmaq imkanı verək” – Şota Rexviaşvili deyib.

Doğrudur Şota Rexviaşvili bugünkü gün dövlət dilinin vacib bilinməsinə diqqət yetirdi ancaq çıxış azərbaycan dilinə tərcümə olunmadı.

Bugünkü tədbirdə yerli və mərkəzi hakimiyyət nümayəndələri çıxış etdilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები