“Gürcüstanın güclülüyü daim onun rəngarəngliyində olub” – Mamuka Baxtadze Marneulili sakinlərinin Novruz bayramını təbrik edib
Bu gün, 21 mart tarixində Novruz bayramı qeyd olundu. Bu günlə əlaqədar Marneulidə baş tutan bayram tədbirində vətəndaşlara Gürücstanın baş naziri Mamuka Baxtadze müraciət etdi.

Baş nazir təbriki zamanı Gürcüstanın rəngarəngliyi və çox əsirlik tarixindən danışdı.

“Bugünkü gününüzü, Novruz bayramınızı təbrik edirəm. Yazın gəlişini, yeni həyatın bizim yaşamımıza, ailələrimizə daxil olmasını təbrik edirəm. Gürcüstanın gücü daim onun rəngarəngliyində olub. Bizim gücümüz daim bizim, Gürücstan övladlarının ölkəmizin inkişafı, birgə vətənimizin irəli getməsi üçün yan-yana, çiyin-çiyinə çalışmasında olub və bu sevgini, bu böyük qardaşlığı şərhsiz bizim gələcək nəsillərə ötürməliyik. Biz Gürcüstanda, çox əsrlik tarixi və birlik tarixi olan ölkədə yaşayırıq. Bir daha istəyirəm hamınızı bu gün münasibəti ilə təbrik edim və uğurlar arzulayım. Allah Gürcüstanı qorusun, sevinin” – Mamuka Baxtadze bildirib.

Baş nazir Novruz bayramı münasibəti ilə Gürcüstana qonşu ölkə Azərbaycanın vətəndaşlarını da təbrik edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები