Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya
Navalnaya bazar
ertəsi ərinin işini davam etdirəcəyinə söz verərək, "ölkəmizin
azadlığı üçün mübarizəni davam etdirəcəyəm" və "sizi yanımda olmağa
çağırıram" deyib.
Onlayn video bəyanatında Navalnaya Rusiya prezidentini nəzərdə
tutaraq, "Vladimir Putin ərimi öldürdü" deyib və "Aleksey və özüm
üçün edə biləcəyimiz ən vacib şey əvvəlkindən daha güclü və
daha
kəskin mübarizəyə davam etməkdir" deyib.
Navalnının ötən cümə günü Rusiyanın Arktika Dairəsindəki cəzaçəkmə
koloniyasında ölümü beynəlxalq aləmdə və ölkə daxilində qəzəblə
qarşılanıb və bir çox Qərb ölkəsi bununla bağlı Kremlə işarə
edib.
ABŞ prezidenti Co Bayden cümə günü deyib ki, "səhv etməyin,
Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır". Bayden bildirib
ki, Navalnı ilə baş verənlər "Putinin qəddarlığının daha bir
sübutudur".
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cosep
Borrell bazar ertəsi X platformasında açıqlamasında oxşar hissləri
ifadə edib. O, "Avropa İttifaqı adından Yuliya Navalnaya dərin
hüznlə başsağlığı verdik" yazıb və "Vladimir Putin və onun rejimi
buna görə cavab verəcək"- deyə, əlavə edib.
Moskva Kremlin müdaxiləsi ilə bağlı iddiaları kəskin şəkildə rədd
edib. Mətbuat katibi Dmitri Peskov ittihamların "tamamilə
qəbuledilməz" olduğunu və Navalnının ölümünün fəal şəkildə
araşdırıldığını bildirib.
Rusiya həbsxanasının rəhbərliyi bildirib ki, Navalnı Xarpda
uzunmüddətli cəza çəkdiyi həbsxanada cümə günü gəzintidən sonra
huşunu itirərək ölüb.
Peskovun sözlərinə görə, onun ölümü ilə bağlı istintaqın nəticələri
hələ açıqlanmayıb. O, Navalnının cəsədinin ailəsinə nə vaxt
veriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. Putin Navalnının
ölümü ilə bağlı açıqlama verməyib.