Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qardabani
bələdiyyəsinin Zemo Teleti kəndində həmkəndlisini qətlə yetirməkdə
təqsirli bilinən 1 nəfər saxlanılıb.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
“Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq
tədbirləri nəticəsində qəsdən adam öldürmə ittihamı ilə 1984-cü il
təvəllüdlü D.A.-nı saxlayıblar.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Qardabani
bələdiyyəsinin Zemo Teleti kəndində mübahisə zəminində həmkəndlisi
1988-ci il təvəllüdlü D.K-nı soyuq silahla yaralayaraq hadisə
yerindən gizlənib. Yaralı tibb müəssisəsində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları D.A.-nı şübhəli şəxs
qismində saxlayıb. Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət
Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam
etdirilir”, - deyə Daxili İşlər Nazirliyinin
məlumatında bildirilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.