ÜST: Dünyada son bir həftədə koronavirusdan ölüm sayı artıb
“Son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb”.

RİA Novostinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.

Qeyd edilib ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub.

Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVID-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.
Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google