“
Gürcüstan və Azərbaycan arasında hər zaman dostluq və
mehriban qonşuluq münasibətləri olub”.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov gürcü həmkarı İrakli
Qaribaşvili ilə görüşdə deyib.
O, Azərbaycanın Gürcüstanla əlaqələrə böyük əhəmiyyət verdiyini
bildirib:
“
Müstəqillik əldə ediləndən sonra bu münasibətlər
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Gürcüstanda yaşayan
azərbaycanlı və Azərbaycanda yaşayan gürcü icmaları ölkələrimiz
arasında münasibətlərin inkişafına böyük töhfə verirlər”.
Ə.Əsədovun sözlərinə görə, Gürcüstan və Azərbaycanın birgə həyata
keçirdiyi layihələr yalnız iki ölkə üçün deyil, regional və
beynəlxalq baxımdan da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan
Gürcüstanla birgə layihələr, siyasi, iqtisadi, ticari,
mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrə böyük önəm verir.
Müxtəlif sahələrdə - kommunikasiya, kənd təsərrüfatı, təhsil, elm,
səhiyyə və digər sahələrdə münasibətlərin inkişafı üçün böyük
potensial mövcuddur. Əminəm ki, sizin səfəriniz ikitərəfli
əlaqələrimizin gələcək dinamik inkişafında böyük rol
oynayacaq”.
Mənbə:report.az