Azərbaycana xüsusi münasibətimiz var – İrakli Qaribaşvili
“Bizim Azərbaycana xüsusi münasibətimiz, Azərbaycan xalqı ilə xüsusi dostluğumuz var”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.

O, baş nazir kimi regionda ilk rəsmi səfərini Azərbaycana etdiyini bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycanın son illər ərzində həyata keçirdiyi layihələrlə çox sabit və dayanıqlı münasibətlər, tərəfdaşlıq və dostluq üçün təməl qoyulub: “Qarşılıqlı asılılığımız, birgə layihələrimiz ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün bizə daha çox layihələr reallaşdırmağa motivasiya və imkan verir”.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google