“Bizim Azərbaycana xüsusi münasibətimiz, Azərbaycan
xalqı ilə xüsusi dostluğumuz var”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlı həmkarı
Əli Əsədovla görüşdə deyib.
O, baş nazir kimi regionda ilk rəsmi səfərini Azərbaycana etdiyini
bildirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycanın son illər
ərzində həyata keçirdiyi layihələrlə çox sabit və dayanıqlı
münasibətlər, tərəfdaşlıq və dostluq üçün təməl qoyulub:
“Qarşılıqlı asılılığımız, birgə layihələrimiz
ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün bizə
daha çox layihələr reallaşdırmağa motivasiya və imkan
verir”.
Mənbə: report.az