Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı azalıb
Bu ilin I rübündə Gürcüstandan 9 əcnəbi deportasiya edilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə Gürcüstandan çıxarılan xarici ölkə vətəndaşlarının sayı 16 nəfər azalıb.

Yanvar-martda Gürcüstandan deportasiya edilənlərin 1-i Azərbaycan vətəndaşı olub. Həmin şəxs 41-65 yaş qrupuna daxil olan kişidir.

Qeyd edək ki, ötən il Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı 7 nəfər təşkil edib ki, onların da ikisi I rübün payına düşüb.
Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google