Gürcüstan koronavirusa qarşı “AstraZeneca” peyvəndinin 43 min
dozadan ibarət növbəti partiyasını tədarük edib.
Preparat bu vaksinin ilk dozasını vurduranlar üçün nəzərdə
tutulub.
Gürcüstanda artıq 25 mindən çox şəxs “AstraZeneca”nın ilk dozasını
alıb, daha 100 min nəfər isə bu preparatla peyvəndlənmək üçün
qeydiyyatdan keçib. İkinci dozanın vurulmasına mayın 10-dan
başlanılacaq.
Bu ayın ortalarında əlavə 43 min dozanın əldə olunması nəzərdə
tutulub.
Qeyd edək ki, Gürcüstan “AstraZeneca”nın ilk partiyasını martın
13-də alıb. Ölkədə bu peyvənd ilə vaksinasiya martın 15-dən,
“Pfizer” ilə martın 30-dan, “Sinopharm” ilə isə mayın 4-dən
aparılır.
Mənbə: report.az