2020-2021-ci illərdə Gürcüstanda yeni qeydiyyata alınmış
sahibkarlıq subyektlərinin sayı 52 450 olub və hazırda 17 684
sahibkarlıq subyekti fəaliyyət göstərir.
Müvafiq məlumat "İnterpressNews" tərəfindən Milli Statistika
İdarəsindən tələb olunub.
Stattistika Xidmətindən verilən rəsmi məlumata görə, eyni dövrdə
104 kooperativ qeydiyyata alınıb və hazırda 5 kooperativ fəaliyyət
göstərir.
Məlumata görə, sahibkarlıq subyektləri siyahısına 86 xarici
müəssisənin filialı da daxil edilib.
Eyni zamanda, Statistika Xidmətindən verilən məlumata görə, mart
ayında ölkədə 5 291 yeni müəssisə qeydiyyata alınıb ki, bu da keçən
ilin eyni dövrü ilə müqayisədə 118%, təxminən, 2,2 dəfə çoxdur.