Bu gün, 6 may tarixində, Gürcüstan Parlamentinin deputatları
birlikdə koronavirusa qarşı peyvənd olunacaqlar.
Onlar Respublika Xəstəxanasında, saat 13:00-da peyvənd
olunacaqlar.
Mayın 4-də Koordinasiya Şurası hökumət və parlament üzvlərinin
peyvənd prosesinə cəlb olunmasına qərar verib. Gürcüstanda
peyvəndləmə martın 15-də, "Sinofarm" ilə peyvənd olunma prosesi isə
mayın 4-də başlayıb.