Moped idarə edən şəxslərin sürücülük vəsiqəsi olmalıdır
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri moped idarə edən şəxslərin sürücülük vəsiqələrinə ehtiyacları olduğunu bildirib.

Vaxtanq Qomelaurinin sözlərinə görə, bu mərhələdə videokamera ilə mopedlərə nəzarət etmək mümkün deyil və buna görə yol qəzaları tez-tez baş verir.

“Bu məsələ üzərində işləyirik. Şəhərdə moped sürməyin çətin və ağrılı bir mövzu olduğu ilə razılaşıram. Əsas problem odur ki, videokameralarla hərəkətlərinə nəzarət edə bilmirik, cərimə edə bilmirik, buna görə sərbəst gəzirlər və təəssüf ki, tez-tez yol qəzaları olur. Mopedlər tezliklə qeydiyyata alınacaq və sürücülük vəsiqəsi almalı olacaqlar", – deyə Qomelauri bildirib.

Ölənlərin sayına gəlincə, Daxili İşlər naziri məlumatların "katastrofik" bir şəkildə artmadığını söyləyib.

"Moped ilə ölüm halları azdır. Buna A kateqoriyalı sürücülük vəsiqəsinə ehtiyacı olan güclü motosikllərdə daha tez-tez rast gəlinir. Xatırladığıma görə, qanun layihəsi iki oxunuşda Parlamentə təqdim edildi və yaxında qeydiyyatdan keçirəcəyik", – deyə Qomelauri bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google