Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Saimerlo kəndində daxili
yolların çəkilməsini nəzərdə tutur.
Marneuli meriyası kənddə iki küçədə daxili yolların salınması üçün
bu gün, 29 mart tarixində tender elan edib.
Marneuli bələdiyyəsinin Saimerlo kəndində daxili yolların bərpa
işlərinin birinci mərhələsinin layihə sənədlərinə görə, kənddə
İmereti küçəsində və Şota Rustaveli küçəsinin bir qismində daxili
yol çəkiləcək. Ümumi hesabda layihə
ilə 1 180 metr məsafədə yol
çəkiləcək.
“Layihə ilə nəzərdə tutulmuş hissədə olan örtük asfalt-betondur,
mövcud yolda çatlar, oyuqlar qeydə alınır. Sifarişçinin tələbi və
texniki tapşırığa uyğun olaraq yolda kapital tipli ikiqatlı yol
konstruksiyası qurulacaq. Sifarişçinin istəyi ilə yolun hərəkət
hissəsinin, məhəllədaxili birləşmələrin və həyətə girişlərin
bərpaya ehtiyacı var”, – layihə sənədlərində
yazılıb.
Marneuli meriyası Saimerlo kəndində iki küçədə daxili yolların
çəkilməsinə 1 100 000 lariyə həyata keçirməyi planlaşdırır.
Saimerloda daxili yolların çəkilməsi üçün smeta sənədlərini “L
Dizayn Group” MMC hazırlayıb. Şirkətdən “Marneuli” radiosun
bildirirlər ki, kənddə ümumilikdə 7 kilometrə yaxın yolun çəkilməsi
nəzərdə tutulub, indiki mərhələdə isə İmereti və Şota Rustaveli
küçələrində yol çəkiləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415