Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həyata keçirdikləri
əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində kommersiya
rüşvətxorluq faktına görə qrup halında bir nəfəri yaxalayıb, bir
nəfəri ifşa ediblər.
Qurumun məlumatına görə, iş üzrə aparılan araşdırmalar zamanı
müəyyən edilib ki, “Rustavi şəhər 1 saylı Poliklinika” MMC-nin
direktoru İ.N. və həmin poliklinikanın həkimi M.S sağlamlıq
haqqında arayış, N100 formasında, müxtəlif mövcud olmayan
xəstəlikləri
qeydə alaraq, müvafiq xidmətlər tərəfindən şəxsin
ölkədən deportasiya edilməsinə mane olmağa zəmin yaradıblar.
Qrup tərəfindən kommersiya rüşvətxorluğu və qabaqcadan
razılaşdırılmış qrup tərəfindən saxta rəsmi sənədlərin hazırlanması
faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci
maddəsinin dördüncü hissəsinin “A” yarımbəndi və 362-ci maddəsinə
əsasən aparılır. Birinci hissə, cəza olaraq 4 ildən 6 ilə qədər
müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi tərəfindən aparılır.
Qurumun məlumatına görə, istintaq zamanı təqsirli şəxslərin dairəsi
genişlənə bilər.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.