Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Gürcüstan Daxili
İşlər Nazirliyinin Xidmət Agentliyinin baş inspektoru vətəndaşa
qarşı zor tətbiq edilməsi faktına görə ifşa olunub.
"İstintaq müəyyən edib ki, 2024-cü il fevralın 7-də
Batumi şəhərində təqsirləndirilən H.V. arvadının işlə təmin olunma
məsələsini həll etmək üçün həyat yoldaşının işlədiyi özəl şirkətin
meneceri ilə görüşüb. Təqsirləndirilən şəxs zərərçəkmişi
avtomobilinə mindirərək onu söyüb və xəbərdarlıq edib ki, onun
arvadına qarşı rəsmi xəbərdarlıq sənədini imzalamasın, əks halda
onun Batumidə yaşamasına imkan verməyəcək və problem yaradacaq.
Onun maşından düşməsinə icazə verməyib və zor tətbiq edərək
avtomobilə qayıtmağı tələb edib.
Xüsusi İstintaq Xidməti zərərçəkmiş şəxslə əlaqə saxladıqdan sonra
dərhal istintaqa başlayıb və prokurorluq orqanları ilə birgə
hüquq-mühafizə orqanı əməkdaşının cinayətini ifşa edən sübutlar
əldə edib. O cümlədən, zərərçəkmiş şəxs və işdə iştirak edən digər
şəxslər dindirilib, məhkəmənin hökmü əsasında istintaq üçün maraq
doğuran dövrə aid özəl obyektlərin müşahidə videokameralarının
görüntüləri əldə edilib və onlara baxış keçirilib. Müxtəlif
əməliyyat-axtarış tədbirləri də həyata keçirilib” –
Xüsusi İstintaq Xidmətinin açıqlamasında deyilir.
Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanının əməkdaşı
Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin birinci hissəsi
(məcbur etmə) ilə ittiham olunub. Cinayət 1 ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.