DİN - Ümumilikdə 38 nəfər polis və 17 nəfər vətəndaşa tibbi yardım göstərilib, 23 polis Telavi xəstəxanasında hələ də qalmaqdadır
23:34 / 22.04.2019
DİN
Pankisi dərəsində polislərə olan hücum və polis texnikasına dəyən
zərər faktı ilə bağlı Gürcüstanın CM-nin 353-cü prim və 187-ci
maddəsi ilə istintaqa başlayıb.Maddələr polisə atəş açmaq və od vurmaqla
əşyaya zərər vurmağı nəzərdə tutur – DİN-in bəyanatında qeyd
olunub.
“Pankisi dərəsində kiçik hesin tikintisinin yenilənməsi
ilə bağlı təhlükəsizlik və qaydaların təmin edilməsi məqsədi ilə
səhər saat səkkizdən Kaxeti bölgə polisinin 35 əməkdaşı hazır
dururdu.
Yerli əhalinin müəyyən qrupu polisə hücum edib, daş atıblar və
nəticədə əlavə polis qüvvəsinin toplaşmasına ehtiyac yaranıb.
Yerində olan vətəndaşların müəyyən hissəsi hüquq mühafizəçilərinə
qarşı çıxıb. Polis texnikasına zərər dəyib, polis əməkdaşları və
vətəndaşlar yaralanıb.
Ümumilikdə 55 nəfər tibbi yardım göstərilib, onun 38 nəfəri polis
və 17 nəfəri vətəndaşdır. 23 polis Telavi xəstəxanasında hələ də
qalmaqdadır” - bəyanatda qeyd olunub.