“Rəhbərimiz dedi ki, 29 aprel tarixində konsert
keçiriləcək və sizi oraya aparmalıyıq. Marşrut ya avtobus gələcək
və hamımız gedəcəyik. Uşaq Bağçaları Birliyinin rəhbəri bağçanın
yanında duracaq və hamını qeydə alacaq. Sonra işinizi itirəndə
mənim yanıma gəlməyin. Mənə nə tapşırıblar sizə onu
deyirəm”,
– Marneuli uşaq bağçalarından birinin müəllimi bildirir. O, 29
aprel tarixində “Gürcü Arzusu”-nun planlaşdırdığı aksiyaya
getmək
istəmir. Marneuli bağçalarında işləyən başqa adamlar da “Marneuli”
radiosuna buna oxşar mətnlər göndəriblər. Onlar kimliklərini
açıqlamağa razılıq vermirlər və xahiş edirlər ki, məqalədə onların
ad, soyadı gizli qalsın.
“İşdən sonra aparacağıq, saat 5-dən sonra dedilər.
Təsəvvür edin, bu qədər uşaqla işləməli olursan, yorğun vəziyyətdə
bundan sonra orada ayaqüstə dayanmalıyıq. Ötən il ya nişil də
apardılar və heç içməyə su da vermədilər. İstidə ayaqüstə
dayanmışdıq. Yəqin indi də belə bir gün keçirəcəyik”,
– Marneuli bağça müəllimlərindən biri qeyd edir.
Jurnalistin uşaq bağçalarının əksəriyyətinin “Gürcü Arzusu”-nun
planlaşdırdığı aksiyanı dəstəkləyirmi sualına müəllim belə cavab
verdi:
"Bu ölkədə nə baş verdiyini bilən və anlayanlar, heç
kim ora getmək istəmir. Bizi ora heç bir konsertə aparmırlar. Nəyə
əsaslanaraq getməliyəm, mənə mükafat veriblər, bu qədər uşağa
baxdığıma görə, bir dəfə də olsa diplom veriblər? Bəzən yuyucu
vasitələri, salfetkanı də özümüz alırıq. İndi adam lazımdır deyə
bağçanı çağıracaqlar. Bu qədər adamı heyvan kimi doldurub
aparacaqlar, özlərinə də hörmət etmirlər. Bu təzyiqdir, başqa nədir
ki?” – pedaqoq bildirir.
Müəllimlərin verdiyi məlumatı Marneuli kənd bağçalarından birinin
rəhbəri də təsdiq etdi. “Marneuli” radiosu onunla “Gürcü
Arzusu”-nun nümayəndələrindən biri kimi tanış oldu və 29 aprel
tarixində baş tutacaq aksiyaya neçə nəfər əməkdaş aparacğını
soruşdu.
- Mən Rustavidən, ofisdən sizə zəng vururam. Bağçaların
siyahısını düzəltməliyəm və neçə müəllim gətirirsiniz?
- 35-ə yaxın.
- Onlar üçün nəqliyyat təmin olunubmu?
- Hə, hə.
“Marneuli” radiosu məlumatı aydınlaşdırmaq üçün Marneuli Uşaq
Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmova zəng vurdu. Kərəmov
bizim bağça müəllimlərinin aksiyaya aparılması ilə bağlı sualımızı
təkzib etdi və bildirdi ki, yanlış məlumat almışıq.
“Yanlış məlumat alıbsınız və söhbəti davam etdirmək
düzgün olmaz”, – Kərəmov bildirir.
O, Jurnalistin Kərəmovun aksiyaya gedib getməyəcəyi ilə bağlı
sualına cavab verib ki, bu onun şəxsi işidir.
“Hələ qərar verməmişəm, istəsəm
gedəcəyəm”, – Kərəmov bildirir.
“Dövlət xidməti haqqında” qanunun 15-ci maddəsinə əsasən, dövlət
məmurunun öz mövqeyindən partiya (siyasi) məqsədlər üçün və/və ya
maraqları üçün istifadə etmək hüququ yoxdur. Həmçinin, dövlət
işçisinin iş vaxtı və ya vəzifə səlahiyyətlərini həyata keçirərkən
təşviqat və seçkiqabağı kampaniyada iştirak etmək hüququ yoxdur.
Dövlət işçisinin hər hansı siyasi partiya, seçki subyekti, seçki
subyekti namizədinin müdafiəsi və ya əleyhinə təşviqat prosesində
inzibati resurslardan istifadə etməsi qadağandır. Həmin qanunun
68-ci maddəsinə əsasən, dövlət işçisi öz vəzifə səlahiyyətlərini
siyasi neytrallıq prinsipinə uyğun həyata keçirir ki, bu da onun iş
vaxtında siyasi fəaliyyətdən çəkinmək öhdəliyini nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.