Qldani rayon icra hakimiyyətinin əməkdaşı rüşvət aldığına görə saxlanılıb (VİDEO)
Dövlət Təhlükəsizlik Xidmətinin Rüşvətxorluqla Mübarizə Agentliyinin əməkdaşları Qldani rayon icra hakimiyyətinin Muxiani məntəqə şöbəsinin baş mütəxəssisi Zviad D.ni rüşvət aldığına görə saxlayıb. Bu barədə məlumatı "Interpressnews"a DTX-dən veriblər.

DTX-nin məlumatına görə, istintaq nəticəsində aydın olub ki, Zviad D. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Gürcüstan vətəndaşına Qldani rayon icra hakimiyyəti tərəfindən elan olunmuş tenderdə qalib gəlməkdə və yerinə yetirilmiş işlərin təhvil verilməsində kömək edib, buna görə də 1700 lari tələb edib və həmin məbləği mərhələli şəkildə alıb.

Rüşvət alma faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq davam edir. Həmin maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaq işlərini Dövlət Təhlükəsizlik Xidməti həyata keçirir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google