Belqorodda ticarət mərkəzi bombalanıb - itkilər var.
Meduza, fövqəladə xidmətə istinadən yazır ki, ilkin məlumata görə,
4 nəfər ölüb, yaralananların sayı 7-dən çoxdur.
Ukrayna rəsmiləri ittihamlara münasibət bildirməsə də, Rusiya
tərəfi insidentdə Ukraynanı günahlandırır. Rusiya Müdafiə
Nazirliyinin gün ərzində yazdığı kimi, Ukrayna silahlı qüvvələrinin
atdığı 14 raket Belqorod rayonunda məhv edilib, lakin yaralananlar
və ölənlər barədə
məlumat verilmir.
Eyni zamanda, Rusiya hökumət mediası yaralananlar barədə müxtəlif
məlumatlar yayır - TASS azı 18 nəfərin yaralandığını, 5 nəfərin
öldüyünü yazır. Bundan əlavə, KİV Belqorod vilayətinin
qubernatoruna əsaslanaraq bildirir ki, Regional hava xəbərdarlığı
yerli vaxtla saat 12:21-də işə salınıb.