404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Marneulidə 17-yə yaxın ağacın budanması/kəsilməsi planlaşdırılır
2021-ci il ərzində Marneuli bələdiyyəsi miqyasında 80-ə yaxın ağac kəsilib/budanıb. Marneuli bələdiyyəsinin təmizlik xidmətinin rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ağacları yalnız qurumuş olduğu halda kəsirlər.

“Bəzisi quruyub, bəzisi uzana-uzana gedir və elektrik xətlərində problem yaradır. Yəni sağlam olan ağac budanır. Qurumuş ağacların budanmasının isə mənası yoxdur və ona görə kəsirik”, – Leri Mumladze bildirdi.

“Təmiz Marneuli”-nin direktorunun sözlərinə görə, indiki mərhələdə əlavə 17-ə yaxın ağacın budanması planlaşdırılır. Mumladzenin bildirdiyinə görə, qeyd olunan ağacların budanması Ağməmmədli-Qırmızı Körpü istiqamətində nəzərdə tutulub. Həmin ərazidən yüksək cərəyanlı elektrik naqilləri keçir. Bələdiyyənin Təmizlik Xidməti qeyd olunan ərazidə üç gün elektrik enerjisi verilməsinin dayandırılmasını tələb edib ki, işlər aparılan zaman onların əməkdaşları xəsarət almasın.

Qeyd edək ki, bələdiyyə miqyasında ağacların budanması/kəsilməsi işləri 15 martdan 20 mart tarixində qədər olan dövrdə başa çatacaq.

FaceBook Twitter Google
დაიცავი დისტანცია