404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Bolnisidə 8 kəndi birləşdirən körpü bu il də təmir olunmayacaq
8 kəndin sakinləri Bolnisi şəhərinə getmək üçün Qoçulu kəndinin ərazisində yerləşən yeganə körpüdən istifadə edirlər. Keçmişdə tikilən körpü ensiz olduğu üçün avtomobillərin hərəkətinə çətinlik yaradır. Bundan başqa, körpünün bir tərəfi sərt döngə olduğundan qarşıdan gələn avtomobilləri görmək olmur, bu da sürücülər üçün təhlükə yaradır.

Həmin körpü Bolnisi bələdiyyəsinin ərazisindən keçən Maşavera çayının üzərində yeriləşir. Bu yoldan gün ərzində Qoçulu, İmirhəsən, Faxralı, Cəfərli, Saraçlı, Molla Əhmədli, Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə kəndlərinin sakinləri istifadə edirlər. Sakinlərin rayon mərkəzinə getməsi üçün başqa yolları yoxdur.

Qoçulu sakinlərinin dediyinə görə, körpü qədimidir, bundan başqa ensiz olduğu üçün istər maşınların, istərsə də piyadaların hərəkətinə çətinlik yaradır.

Qoçuluların bildirdiyinə görə, bu ərazidə tez-tez qəzalar baş verir. Buna görə də, yeni körpünün inşa edilməsi üçün dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Yerli hakimiyyət isə seçki öncəsi sakinlərə söz verib ki, yaxın vaxtlarda yeni körpü inşa ediləcək. Amma bu günə qədər körpü tikilməyib.



Bolnisi meriyasının Məkan Quruculuğu və İnfrastruktur Xidmətinin rəhbəri Konstantine Kordzadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunan körpü həqiqətən də qəzalı vəziyyət yaradır, ancaq mədəni abidə statusu olduğuna görə, körpünün bərpası indiki mərhələdə mümkün deyil.

“Biz ötən il layihəyə görə tender də elan etmişdik ki, həmin körpünü bərpa edək. Belə planlaşdırmışdıq, ancaq tenderdə qalib gələn şirkət alternativ yol təklif etdi. Yeni körpü inşa edəcəkdilər. Yəni burada Çapala körpüsünün yanında yeni körpünün inşası ilə bağlı layihə təklif etdilər. Bu isə kifayət qədər böyük xərc tələb edir. Təəssüf ki, indiki mərhələdə körpünün inşası üçün yetərli pul yoxdur. Köhnə körpünü isə bərpa edə bilmərik. Çünki tarixi abidə statusu var”, – Konstantine Kordzadze bildirdi.

Bolnisi meriyasının Məkan Quruculuğu və İnfrastruktur Xidmətinin rəhbərinin sözlərinə görə, kəndləri birləşdirən yeganə körpünün bərpası yeni körpü tikilənə qədər həyata keçirilməyəcək. Bu il Bolnisi yerli özünüidarəsi körpünün tikintisinə başlaya bilməyəcək. Ancaq Kordzadze ümid edir ki, 2022-ci ildə körpünün inşasına başlamaq mümkün olacaq.

FaceBook Twitter Google
დაიცავი დისტანცია