404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsünə çevrilib
Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın neft bitumu idxalı illik ifadədə 4,1 min ton və ya 28,7% azalaraq 10,2 min ton təşkil edib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan hesabat dövründə Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub.

Belə ki, idxal edilən məhsulun 84,3%-i və ya 8,6 min tonu Azərbaycanın, 1,1 min ton və ya 10,8%-i İraqın, 0,5 min ton və ya 4,9 min tonu Rusiyanın payına düşüb.

Təkcə cari ilin martında isə Gürcüstan 5 min ton neft bitumu idxal edib ki, bunun da 4,2 min tonu və ya 84%-i Azərbaycanın payına düşüb.

Hesabatda neft bitumu idxalı həcminin qarşıdakı aylar ərzində daha da artacağı proqnozlaşdırılıb. Qeyd olunub ki, Gürcüstan İrandan neft bitumu idxalını dayandırandan sonra Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsünə çevrilib.

Mənbə: apa.az
FaceBook Twitter Google
დაიცავი დისტანცია