Gürcüstanda pandemiya tələblərini pozanların cərimələri silinir

Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, koronavirusun qarşısının alınması məqsədilə qoyulmuş məhdudiyyətləri - təcrid, karantin və maska taxma qaydalarını pozduqları üçün cərimələnən şəxslər cəriməni ödəməkdən azad ediləcəklər.



Bu barədə Baş nazir İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə bəyan edib.

“Bu gün parlamentə pandemiya şəraitində tətbiq olunan qaydaları pozduqlarına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunanlara dair iki qanun layihəsi təqdim edildi. Təşəbbüsə əsasən, əfv tətbiq ediləcək və 245 mindən çox vətəndaş və 344 hüquqi şəxs həm cinayət məsuliyyətindən, həm də inzibati cərimələrdən azad ediləcək. Söhbət təcrid, karantin və maska taxma qaydaları pozulduğuna görə tətbiq olunan 76 milyon lariyə yaxın ödənilməmiş cərimələrdən gedir. Bu qərarı, əlbətdə ki, pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq verdik. Pandemiya zamanı çox sayda vətəndaşımızın və müəssisəmizin təsirləndiyini və 2020-ci ilin çox çətin bir il olduğunu çox yaxşı başa düşürük. Bu cərimələr onlar üçün ağır bir yük idi. Əlbətdə ki, virusu idarə etmək üçün qaydalara riayət edilməsinin lazım olduğunu başa düşürük, bununla yanaşı, vətəndaşlarımızın iqtisadi vəziyyətini yüngülləşdirmək də çox vacibdir və bu təşəbbüs bunun səbəbidir. Bu təşəbbüs ən qısa müddətdə təsdiqlənəcək" ,
- deyə Qaribaşvili bildirib.


 

FaceBook Twitter Google
დაიცავი დისტანცია