Gürcüstan Avropa İttifaqının bölgədə daha fəal iştirakına ümid edir – Zalkaliani
“Gürcüstan Avropa İttifaqının bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında daha fəal iştirakına ümid edir”.

Bunu ölkənin xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli məsələsi Avropanın gündəliyinə fəal şəkildə daxil edilməlidir.

D.Zalkaliani bildirib ki, Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin Gürcüstan, Azərbaycan və Ermənistana səfərləri Aİ-nin bölgədəki münaqişələrin sülh yolu ilə həllində iştirakı ilə bağlı öhdəliyinin aydın göstəricisidir: “Ümid edirəm ki, bu səfərlər Avropa İttifaqının Rusiya-Gürcüstan münaqişəsinin dinc yolla həllində siyasi rolunu artıracaq”.

Mənbə: report.az
| Print |