Marneulidə məktəbəqədər hazırlıq kursları başa çatıb
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) məktəbəqədər hazırlıq kursları başa çatıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 16 uşaq birillik hazırlıq kursunu uğurla başa vurub.

GAİM-də keçirilən tədbirdə mərkəzin rəhbəri Orxan Pirverdiyev kursun əhəmiyyətindən danışıb, uşaqları və valideynləri təbrik edib.

Tədbirdə uşaqlar mahnı oxuyub, rəqs edib, şeir söyləyib, müxtəlif əyləncəli proqramlar nümayiş etdiriblər.

Sonda məktəbəqədər kursları uğurla başa vuran uşaqlara sertifikatlar təqdim olunub.

Orxan Pirverdiyev deyib ki, məktəbəqədər hazırlıq kursları Marneulidə böyük maraqla qarşılanıb. Artıq 50-dən çox valideyn uşaqlarını növbəti kurslara yazdırmaq üçün müraciət edib.

Onun sözlərinə görə, bəzi problemlər səbəbindən qrupları genişləndirmək hələlik mümkün deyil, lakin gələcəkdə daha çox uşaq kursa cəlb olunacaq. Sentyabrdan başlayacaq kurslara qeydiyyat davam edir.

Mənbə: azertac.az
FaceBook Twitter Google
დაიცავი დისტანცია