Marneulidə indiyə qədər 200-dən artıq adam “Pfizer” peyvəndi vurdurub
Marneuli bələdiyyəsində indiyə qədər 200-dən artıq adam “Pfizer” peyvəndi vurdurub. Üç gündür ki, Marneuli “Geo Hospitals” klinikasında “Pfizer” peyvəndini vurdurmaq mümkündür. Marneuli meri səlahiyyətlərinin icraçısı Zaur Tabatadze və digər əməkdaşlar tibb müəssisəsində peyvənd prosesi ilə tanış olub. Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, digər inzibati ərazi vahidlərində də koronavirusa qarşı vaksin vurdurmaq mümkün olacaq.

“Bir neçə gün əvvəl “Pfizer” vaksini qəbul etdik. Vətəndaşlar qeydiyyatdan keçirildi. Demək olar ki, peyvənd prosesi yüksək templə davam edir. Əhali başa düşür ki, bizim xilasımızın yeganə vasitəsi peyvənddir. Marneulidə bu dəqiqələrdə iki məntəqə işləyir. Onların hər ikisi “Geo Hospitals”-dadır. Ancaq səyyar qruplar hazırlanıb, onlar yaxın gələcəkdə fəaliyyətə başlayacaqlar və müvafiq olaraq, bələdiyyə ərazisindəki müxtəlif ərazi vahidliklərinə də gedəcəklər”, – Zaur Tabatadze bildirdi.

28 iyul tarixində Marneuli sakini Rezo Tsirtsidze “Pfizer” vaksini vurdurub. O, düşünür ki, koronavirusu məğlub etmək üçün bu yeganə yoldur.

“Birinci dozanı vurdurdum. Koronavirusu məğlub etmək üçün başqa vasitəmiz yoxdur. Əhaliyə məsləhət görürəm ki, tez zamanda peyvənd vurdursunlar və bacardığımız qədər tez zamanda virusu məğlub edək. Ətrafımızdakıların qayğısına qalmalıyıq”, – Rezo Tsirtsidze bildirdi.

Marneuli meriyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin rəhbəri Vaja Şubitidze də koronavirusa qarşı vaksin vurdurub. O, əhalini peyvənd vurdurmağa çağırır.

“Kovidə qarşı vaksin vurdurdum. Bunu özüm üçün vacib hesab edirəm vəə hamını peyvənd vurdurmağa çağırıram. Çünki belə özümü və ailə üzvlərimi daha çox müdafiədə hiss edirəm, bununla ictimaiyyətin qayğısına qalmaq istəyirəm.”

“Geo Hospitals” tibb mərkəzinin direktoru İoseb Mqaloblişvili bildirdi ki, son dövrdə peyvənd üçün müraciətlərin sayı kifayət qədər artıb. Tibb müəssisəsi peyvənd vurdurmuş şəxslərin həvəsləndirilməsi məqsədi ilə güzəştli tariflər təyin edir.

“Gördüyünüz kimi, müraciət maksimum dərəcədə yüksəkdir. “Geo Hospitals” həvəsləndirmə məqsədi ilə peyvənd olunmuş şəxslərə laboratoriya və digər müayinələrdə olduqca güzəştli tariflər təklif edir. Ümid edirəm ki, bu şəkildə də davam edəcək. ”

“Geo Hospitals”-ın qərarı ilə vətəndaş peyvənd vurdurduğunu təsdiq edən “kovid pasport”, yaxud QR kod təqdim edərsə, “motivasiya kartı” çərçivəsində ilin sonuna qədər həkimi təyin etdiyi hər hansı laboratoriya, yaxud müayinədən, həmçinin, kompüter tomoqrafiyasından faydalanmaq imkanı olacaq. Güzəşt 30%-lik endirimi nəzərdə tutur.

FaceBook Twitter Google
დაიცავი დისტანცია