Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Qardabani Rayon Şöbəsinin əməkdaşları iki şəxsi qəsdən adam
öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi,
saxlanması və daşınması ittihamı ilə saxlayıblar. Cinayətə görə 15
ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaqla müəyyən edilib ki, cari ilin oktyabr ayında, əvvəllər
müxtəlif cinayətlərə görə məhkum olunmuş və hazırda xaricdə
olan
kriminal avtoritet Elmuraz Məmmədov Qardabani bələdiyyəsinin bir
kəndində yaşayan fermerlə sosial şəbəkə vasitəsilə əlaqə
saxlayaraq, ondan “qanuni oğrular aləmi”nin adından 200 000 ABŞ
dolları tələb edib. Məmmədov fermerə pulu ödəmək üçün üçgünlük
müddət verib və əks halda ailə üzvlərinə qarşı fiziki zorakılıq və
qətl ilə hədələyib.
Üç gün sonra həmin kənddə fermerin ailə avtomobili ilə hərəkət edən
oğlu naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisə nəticəsində
xəsarət alan olmayıb.
Polis isti izlərlə təqsirləndirilən şəxsləri müəyyən edib və
1994-cü il təvəllüdlü T.X. ilə əvvəllər məhkum olunmuş, 2001-ci il
təvəllüdlü N.İ.-ni saxlayıb. Həmçinin, hadisə ilə əlaqədar 1985-ci
il təvəllüdlü Ş.M. barəsində axtarış elan olunub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci
(qəsdən adam öldürməyə cəhd) və 236-cı (odlu silahın qanunsuz əldə
edilməsi, saxlanması və daşınması) maddələri ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.