Polis böyük miqdarda müxtəlif növ narkotik vasitə ələ keçirib – üç nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayətlərlə bağlı üç nəfəri saxlayıblar.

Böyük miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, satışına kömək göstərilməsi, eləcə də tərkibində narkotik olan bitkilərin qanunsuz əkilib-becərilməsi ittihamı ilə 1975-ci il təvəllüdlü Q.Ts., 1994-cü il təvəllüdlü Q.R. və 1993-cü il təvəllüdlü,

xarici ölkə vətəndaşı İ.A. həbs olunublar.

Cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq tədbirləri zamanı saxlanılanların üzərində və yaşadıqları evlərdə aparılan axtarışlar, eləcə də keçirilmiş istintaq eksperimenti nəticəsində, polis əməkdaşları onların göstərdiyi ünvanlardan satış üçün hazırlanmış müxtəlif növ narkotik vasitələri maddi sübut kimi götürüblər. Onların arasında 250 qramdan çox “kokain”, “metadon”, psixotrop maddələr, 15 kiloqram qurudulmuş “marixuana” və 32 ədəd “kannabis bitkisi” olub.

Aparılmış istintaq tədbirləri nəticəsində, polis həmçinin narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materialları, yapışqan lentləri, elektron tərəziləri, polietilen bağlamaları və ehtimal ki, narkotik satışından əldə olunmuş pulu da ələ keçirib.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı, 260¹, 261-ci və 265¹-ci maddələri ilə aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google