Rusiyanın hava hücumlarından sonra Kiyevdə, Ukraynanın bir çox
regionlarında elektrik verilişində fasilələr yaranıb.
Noyabrın 9-da bir çox vilayətlərdə 8-16 saat işıq olmayıb, noyabrın
10-da da fasilələr gözlənilir.
"Ukrenergo" məhdudiyyətləri Rusiyanın kütləvi raket və dron
hücumlarının fəsadları ilə izah edib.
Prezidenti Volodimir Zelenski gecə müraciətində deyib ki, "əksər
regionlarda təmir briqadaları gecə-gündüz işləyirlər".
Ukraynada hələ
soyuqlar düşməmişdən Rusiya ölkənin elektrik
şəbəkəsinə, təbii qaz obyektləri və kəmərlərə hücumları
intensivləşdirib.
Noyabrın 7-də Rusiyanın hücumları nəticəsində azı yeddi nəfər həlak
olub, yaralıların sayı bəlli deyil.
Ukrayna da, öz növbəsində, Rusiyanın enerji obyektlərinə dron
zərbələri endirir. Noyabrın 9-da bir sıra sərhəd vilayətlərində azı
20 min nəfər işıqsız qalıb. Bunu Belqorodun qubernatoru Vyaçeslav
Qladkov bildirib.
Bu arada Ukrayna Donetskdəki strateji Pokrovsk şəhərini əlində
saxlamağa çalışır. Rəsmilər regionda vəziyyətin çətin olduğunu
desələr də, Rusiyanın şəhərin mühasirədə olması barədə iddialarını
təkzib edirlər.
Ukraynanın hərbi eksperti Oleksiy Qetman AzadlıqRadiosuna deyib ki,
vəziyyət çətindir, amma Ukrayna qüvvələrinin şəhərin qərbində hələ
də mövqeləri var və bu da onlara Rusiyanın hücumlarını dəf etməyə
imkan verəcək.
Ukraynada batalyon komandiri həbs
olunub
Ukraynada bir mərasimə Rusiyanın havadan zərbəsi
azı 19 nəfərin ölümünə səbəb olub, hadisədən sonra batalyon
komandiri həbs olunub.
Bu insident noyabrın 1-də baş verib. Son illər bir neçə dəfə
zabitlərin təşkil etdiyi toplantı və mərasimləri Rusiya hədəfə
alıb.
Baş Prokurorluğun noyabrın 8-də yaydığı bəyanata görə, dron
bölməsinin komandiri Dnepropetrovsk vilayətində mərasim təşkil
edib, əsgərlərin iştirakını əmr edib. Tədbirə hərbçilərin qohumları
da qatılıb.
Rusiya tədbirə dronlar və iki ballistik raketlə zərbə endirib, 12
əsgər və 7 dinc sakin öldürülüb. 36 əsgər yaralanıb.
Zabitə səhlənkarlıq ittihamı verilib, barəsində həbs-qətimkan
tədbiri seçilib.
2023-cü ilin noyabrında oxşar insidentdə 19 əsgər öldürülmüşdü. O
vaxtdan ukraynalı komandirlər belə tədbirlər keçirməməyə
çalışırlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.