Torpağı Pulsuz Qeydiyyatdan Keçirmək Artıq Mümkün Olmayacaq, Qiyməti Hökumət Müəyyən Edəcək - Nazir Müavini

"Gürcü Arzusu" hökumətində Ədliyyə nazirinin müavini Qiorqi Dqebuadze sistemli qeydiyyatın başa çatması barədə danışarkən bildirib ki,

proses rəsmi olaraq 31 dekabrda bitir, lakin vətəndaşlar üçün qeydiyyat mexanizmi dayandırılmayacaq və sporadik qeydiyyat çərçivəsində eyni şərtlərlə həyata keçirilə biləcək. Dqebuadze bu barədə Kənd Təsərrüfatı Komitəsində çıxışı zamanı deyib.

"Biz qeyd etmək istəyirik ki, sistemli qeydiyyat prosesi rəsmi olaraq, bu

gün tətbiq olunan meyarlarla 31 dekabrda başa çatacaq. Lakin vətəndaşımız agentliyə fərdi qaydada müraciət etdikdə, agentliyin sistemli qeydiyyat meyarları ilə müəyyən edilmiş qaydada, fərdi ərizə əsasında qeydiyyatı həyata keçirmək imkanı olacaq", -
Dqebuadze bildirib. 

Parlamentə təqdim edilən qanun layihəsinə görə, 2026-cı il yanvarın 1-dən etibarən torpaqların qeydiyyatı yalnız sporadik qaydada davam edəcək. Sistemli qeydiyyat çərçivəsində çatdırmayan və ya müxtəlif səbəblərdən edə bilməyən vətəndaşlara torpaqların mülkiyyətə rəsmiləşdirilməsi üçün 2027-ci il yanvarın 1-dək vaxt verilir.

Nazir müavini, ödənişin yuxarı həddinin qanunla müəyyən edildiyini və bunun dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə: "Qiyməti hökumət müəyyən edəcək. Ödəniş Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş meyarlara uyğun olacaq. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı da var," – deyə Dqebuadze vurğulayıb.

Qeyd etmək lazımdır ki, sənəddə yeni qayda ilə torpağın qeydiyyatının nə qədər tutacağı dəqiqləşdirilməyib. Qanun layihəsinin izahat vərəqəsində göstərilir ki, tarif Gürcüstan hökuməti tərəfindən 2026-cı il yanvarın 1-dək müəyyən edilməlidir. Eyni zamanda, qiymət Agentliyin mövcud ən yüksək tarifinin ikiqat məbləğindən çox olmamalıdır. Bu gün bu maksimal məbləğ 600 laridir, müvafiq olaraq, qeydiyyatın dəyəri 1200 lariyə qədər müəyyən edilə bilər.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google