"Gürcü Arzusu" hökuməti sosial cəhətdən həssas şəxslər üçün 300 larilik məşğulluq proqramını niyə ləğv edir? - Kakauridzenin cavabı

İrakli Qaribaşvilinin təşəbbüsü ilə başlamış və dörd il ərzində 300 milyon laridən çox vəsait xərclənmiş sosial müdafiəsiz əhalinin məşğulluq proqramı 2026-cı ildən etibarən davam etməyəcək.

Hökumətin yaratdığı iş yerlərində hər ay 300 lari almaqla yanaşı, proqram iştirakçıları dörd il ərzində sosial cəhətdən həssas şəxs statusunu və buna uyğun olaraq, müntəzəm aldıqları maliyyə yardımını dəyişməz olaraq saxlayırdılar.

Hazırda bu məsələ hələ ki, açıq qalır.

Maliyyə-Büdcə Komitəsində büdcənin 3-cü versiyasını təqdim edərkən, "Gürcü Arzusu" hökumətində maliyyə nazirinin müavini Qiorqi Kakauridze bildirdi ki, məqsəd bu insanların özəl sektorda işlə təmin olunmasıdır və dövlət artıq onların işəgötürəni olmasın. Onun izahına görə, dövlət bu proqramla işlə təmin olunanların yenidən hazırlanmasına resurs xərcləməyə davam edəcək.

Kakauridze komitədə çıxışı zamanı dedi: "Növbəti ilin büdcəsində yenilik var ki, ictimai işlərlə məşğulluq proqramının maliyyələşdirilməsi azaldılıb. Çünki bu barədə həm Nazirliklə, proqramın effektivliyi ilə, həm də İqtisadiyyat Nazirliyi və ümumilikdə əmək bazarında kadr çatışmazlığı ilə bağlı çətinliklərlə əlaqədar məsləhətləşmələr apardıq. Buna görə də, məqsədəuyğun sayıldı ki, mövcud strukturu ilə bu proqram ləğv edilsin və artıq müvafiq yardım, müxtəlif peşə təlimi proqramları vasitəsilə bu insanların özəl sektorda işlə təmin olunması mümkün olsun, belə demək mümkünsə, dövlət artıq onların müvəqqəti işəgötürəni olmasın."

2025-ci ilin oktyabr ayının son statistikasına görə, 461,796 nəfər sosial yardım alırdı, eyni zamanda 2022-ci ildən 2024-cü ilə qədər 40 minə yaxın sosial müdafiəsiz şəxs "300 larilik məşğulluq" proqramı ilə təmin edilmişdi.

Proqramın büdcəsi 2022-ci ildəki 48 milyon laridən növbəti ildə demək olar ki, ikiqat artmış, 2025-ci ildə isə 113 milyon lariyə yüksəlmişdi.

2026-cı il büdcəsinin bu vaxta qədərki son işçi versiyasında isə proqram üçün ayrılan vəsait 21 milyon lariyə qədər azaldılıb.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google