Azərbaycan Büdcənin 21%-ni Müdafiə və Təhlükəsizliyə Xərcləyəcək - Baş Nazir Əsədov

Azərbaycanın Baş naziri Əli Əsədov bəyan edib ki, ölkə hökuməti gələn il büdcə xərclərinin 21%-ni müdafiə və təhlükəsizliyə yönəltməyi planlaşdırır.



O, bu barədə dekabrın 9-da Milli Məclisdə 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib: "Gələn ilin büdcə xərclərinin 21 faizi müdafiə və milli təhlükəsizliyə yönəldiləcək".

Bu məbləğ 8.7 milyard Azərbaycan manatına, yəni 5.1 milyard

ABŞ dollarına çatacaq.

Baş nazir əlavə edib: "Azərbaycanın hərbi sənayesi sürətlə inkişaf edir. Bu gün Azərbaycan bir sıra ölkələrə hərbi məhsullar ixrac edir".

İsveçrənin Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə Azərbaycanın müdafiə büdcəsi ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 4.99%-ni təşkil edib; 2025-ci ildə isə, Azərbaycanın hökumətyönlü mediasının məlumatına görə, bu rəqəm 5.2% təşkil edib.

Azərbaycan Maliyyə Nazirliyinin 2026-cı il büdcə layihəsinə əsasən, ÜDM 134.1 milyard manat, yaxud 78.9 milyard ABŞ dolları təşkil etməlidir. Müvafiq olaraq, müdafiə büdcəsi ÜDM-in təxminən 6.5%-i səviyyəsində olacaq.

2026-cı ilin büdcə layihəsində ümumi büdcənin 8.4%-i – 3.5 milyard manat – "azad edilmiş ərazilərin bərpasına" yönəldilir.

Azərbaycan son on ildə hərbi xərclərin payını ardıcıl olaraq artırır. O cümlədən, hərbi xərclər 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və sonrakı hadisələr fonunda daha da artıb.

Azərbaycan və Ermənistan sülh müqaviləsinə yaxındır, o cümlədən Donald Trampın vasitəçiliyi ilə. Lakin Ermənistan müxalifəti Əliyevin müxtəlif tələblərindən narahatdır və hesab edir ki, Əliyevin məqsədi "Ermənistanın həyat qabiliyyətli bir dövlət kimi mövcudluğuna son qoymaqdır".

2025-ci ilin yayında Azərbaycanla Rusiya arasında münasibətlər Azərbaycan şirkətinə məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması səbəbindən gərginləşmişdi. Əliyev bu hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoymuşdu. Bu dövrdə Rusiyanın hökumət təbliğatçıları və siyasətçiləri Azərbaycan haqqında təhdidlərlə danışırdılar.

2025-ci ilin payızında – İlham Əliyev Vladimir Putindən aylardır tələb etdiyi üzr istəməni aldıqdan sonra – gərginlik aradan qaldırıldı.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google