Dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan
istifadəsini qadağan edib.
Bu, dünyada ilk belə haldır. Bir çox valideynlər və uşaq hüquqları
fəalları bu addımı alqışlayıb, böyük texnologiya şirkətləri, söz
azadlığı müdafiəçiləri isə tənqid ediblər.
Dekabrın 10-na keçən gecədən TikTok, YouTube, Instagram və Facebook
platformalarına uşaqları bloklamaq göstərişi verilib. Əks halda,
onlar 33 milyon
dollarlıq cərimə ilə üzləşə bilərlər.
Baş nazir Entoni Albaniz bunu ailələr üçün "qürurlu gün"
adlandırıb.
"Bu, böyük fərq yaradacaq. Ölkəmizin üzləşdiyi ən böyük
sosial və mədəni dəyişiklikdir", – Albaniz deyib.
"Reuters" yazır ki, yaşı 16-dan az olanların bəziləri sosial
mediasız həyata adaptasiyadan narahat olduqlarını deyiblər.
Bu gün təkcə TikTok-da 200 minədək hesabın deaktiv olunduğu, yaxın
günlərdə yüz minlərlə hesabın bloklanacağı açıqlanıb.
Yeni qanunun təxminən 1 milyon uşağa təsir göstərdiyi
bildirilir.
"Daha sosial media olmayacaq... dünya ilə əlaqəm
olmayacaq", – bir yeniyetmə TikTok-da yazıb.
Bir ildir ölkədə uşaqların sosial mediada uzaqlaşdırılmasının
mümkünlüyü müzakirə mövzusudur. Bu, bütün dünyada hökumətlər üçün
sınaq olacaq, çoxları sosial media şirkətlərinin platformalarda
ziyanın azaldılmasına yönəlik tədbirləri ləng gerçəkləşdirdiyini
deyirlər.
Danimarkadan Yeni Zelandiyaya, Malayziyaya qədər bir sıra ölkələr
Avstraliya modelini araşdıracaqlarını deyiblər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.