Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi tərəfindən
tənzimlənən bir sıra xidmətlərin qiyməti əhəmiyyətli dərəcədə
artır.
Dəyişikliklər həm Gürcüstan ərazisindən tranzitlə keçən nəqliyyat
vasitələrinə xarici tranzit nömrələrin verilməsinə, həm də
Gürcüstanda alınmış avtomobilləri ixrac və ya təkrar ixrac edən
əcnəbilər üçün servislərə toxunur.
Qanunvericilik təşəbbüsü artıq Parlamentə təqdim olunub və
deputatlar onu sürətləndirilmiş qaydada müzakirə edəcəklər.
Dəyişikliklər Gürcüstanın Gömrük
Məcəlləsinə daxil edilir.
DİN-in izahına görə, layihə mövcud tariflər və xidmətlərin həcmi
arasındakı balansı bərpa etmək məqsədi daşıyır. Ən əhəmiyyətli
artım – 640% – tranzit nömrələrinin verilməsinə aiddir. Tranzit
nömrəsinin verilməsi haqqı mövcud 50 lari əvəzinə 370 lari
olacaq.
Digər xidmətlər üzrə artımlar belədir:
• Agentliyin ərazisində keçirilən yoxlama: 180 lari
(əvvəl 100 lari)
• Agentliyin ərazisindən kənarda keçirilən yoxlama: 200 lari (əvvəl
130 lari)
• Gömrük bəyannaməsinin/Qeydiyyat şəhadətnaməsinin doldurulması və
məlumatların göndərilməsi: 200 lari (əvvəl 130 lari)
Layihə həmçinin yeni xidmət kateqoriyalarını əhatə edir:
• İxrac/təkrar ixrac edilən nəqliyyat vasitəsinə tranzit nömrəsinin
verilməsi – 150 lari
• Tranzit nömrəsinin verilməsini təsdiq edən sənəd – 20 lari
Layihənin izahat vərəqində qeyd olunur ki, dəyişikliklər inzibati
resursun səmərəli istifadəsinə və prosedurların
optimallaşdırılmasına xidmət edir.
Vərəqdə yazılıb ki, haqqın artırılması zərurəti son illərin
statistikası ilə bağlıdır:
• Təkrar ixrac: 2023 – 100,027 ədəd; 2024 – 101,449 ədəd; 2025
(mövcud məlumata görə) – 99,136 ədəd
• İxrac: 2023 – 16,182 ədəd; 2024 – 12,517 ədəd; 2025 (mövcud
məlumata görə) – 12,825 ədəd
Onların sözlərinə görə, bu məlumatlar tranzit və ixrac/ təkrar
ixrac yolu ilə hərəkət edən avtomobillərin böyük axınını əks
etdirir ki, bu da Agentliyin yüklənməsini artırıb.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.