“Energetika sektorunda fəaliyyət göstərən və bərpa
olunan enerji layihələrinin inkişaf prosesinə cəlb olunan bütün
şirkətlərin dövlət qarşısında toplanmış
cərimələri müəyyən şərtlə silinəcək. Bu cərimələrin
ümumi məbləği 1 milyard lari təşkil edir,” – bunu
İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə
bildirib.
Onun sözlərinə görə, şirkətlərin ötən illər ərzində topladığı
borclar, cərimələr və faizlər energetika sisteminin inkişafına
maneə törədən amillərdən
biridir.
“Energetika sisteminin inkişafına ən böyük maneələrdən
biri məhz şirkətlərin illər ərzində yığılmış borclarıdır – cərimə
və faizlər şəklində. Buna görə də biz sektorda fəaliyyət göstərən
şirkətlər üçün xüsusi şərtlə tətbiq olunan cərimə və penya
borclarının bağışlanması barədə mühüm qərar qəbul etdik.
Energetika sektorunda fəaliyyət göstərən və bərpa olunan enerji
layihələrinin inkişaf prosesinə cəlb olunan bütün şirkətlərin
dövlət qarşısında topladığı, ümumi məbləği 1 milyard lari olan
cərimələr xüsusi şərtlə silinəcək.
Şərtə gəldikdə isə: şirkətlərin məsuliyyətsiz fəaliyyət
göstərməsinin qarşısını almaq və yeni cərimələr yığmamasını təmin
etmək, eyni zamanda dövlətin energetika sektorunun yenilənməsi
təşəbbüsünə ciddi yanaşmalarını stimullaşdırmaq üçün belə qərar
verilib. Yenilənmiş müddətlərin pozulması halında şirkətlər həm
yenidən yığılmış bütün cərimə və penya borclarını ödəməli olacaq,
həm də bu gün bağışlanan köhnə cərimələr onlara yenidən tətbiq
ediləcək.
Bu şərtlə borcların bağışlanması eyni anda iki məqsədə xidmət edir
– bir tərəfdən şirkətləri energetika layihələrinin həyata
keçirilməsində maliyyə maneələrindən azad etmək, digər tərəfdən isə
layihələri vaxtında həyata keçirmək üçün maksimum motivasiya
yaratmaq,” – deyə baş nazir bildirib.
Onun sözlərinə görə, borcların bağışlanması yeni, qarşılıqlı
əməkdaşlığa əsaslanan, lakin eyni zamanda məsuliyyətlə müşayiət
olunan bir prosesin başlanğıcı olmalıdır.
“Bu, dövlət və şirkətlər arasında yeni razılaşmalar, yeni cədvəllər
və yeni, məntiqli qarşılıqlı öhdəliklər deməkdir. Dövlət büdcəsi
qarşısında yeni yerinə yetirilməmiş öhdəliklər və yeni borclara
qarşı biz çox sərt yanaşacağıq.
Yeni yanaşmamızla energetika sahəsində fəaliyyət göstərən şirkətlər
üçün qəbulolunan və eyni zamanda ölkəyə maksimum fayda gətirəcək
energetika siyasətinin yaradılmasına başlayırıq. Bu gün qəbul
etdiyimiz qərar energetika sisteminin inkişafına yeni stimul
verəcək və ölkənin iqtisadi inkişafı ilə iqtisadi müstəqilliyinin
möhkəmlənməsi üçün böyük əhəmiyyət daşıyır.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam
Kvirivaşvili xanıma və nazirlik komandasına bu mühüm qərarın
hazırlanmasına görə təşəkkürümü bildirirəm. Enerji şirkətlərinə isə
bərpa olunan enerji layihələrinin həyata keçirilməsində uğurlar
arzulayıram,” – deyə Kobaxidze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.