Vens: Memorandumun mətni 'həssas məqamlar' səbəbindən açıqlanmır
ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 16-da bildirib ki, İranla imzalanmış anlaşma memorandumunun mətni hələlik açıqlanmayıb. Buna səbəb Tehran və regional vasitəçilərlə bağlı həssas diplomatik məsələlərin davam etməsidir.

Vens "The Megyn Kelly Show" proqramında deyib ki, hazırda bəzi həssas diplomatik məqamlar var və İran, eləcə də Pakistan və Qətər daxil olmaqla, digər vasitəçilər Vaşinqtondan prosesə ehtiyatla yanaşmağı

xahiş ediblər.

"Ərəb və müsəlman dünyasında müəyyən həssaslıqlar var, biz onlara qarşı diqqətli və anlayışlı olmağa çalışırıq",
– Vens sənədin dərcinin gecikməsini izah edib.

Vitse-prezident həmçinin vurğulayıb ki, memorandum ilkin çərçivə sənədidir və ətraflı saziş xarakteri daşımır.

"Memorandum bir səhifə yarımdan ibarətdir, ona görə də çox ümumi sənəddir", – deyən Cey Di Vens əlavə edib ki, əsas məsələlər texniki danışıqlar mərhələsində müzakirə olunacaq.

O bildirib ki, ABŞ danışıqlarda güclü mövqedən çıxış edir və gələcək proses uğursuz olarsa, Vaşinqton razılaşmadan çəkilə bilər: "Onlar bu razılaşmaya əməl etsələr, məncə, bu həm Birləşmiş Ştatlar, həm də İran üçün daha yaxşı olar".

"Yox, əgər sazişin şərtlərini pozsalar, boğazlar açıq qalacaq, biz onların nüvə proqramına artıq çox ciddi zərbə vurmuş olacağıq və nəticədə bir ölkə olaraq öz həyatımıza davam edə biləcəyik",
– o əlavə edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl, iyunun 16-da bildirib ki, danışıqlar ikinci mərhələyə keçib. Onun sözlərinə görə, bu mərhələ birincidən daha asan olacaq.

60 günlük bu mərhələdə əsasən İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı texniki məsələlərin müzakirə olunacağı gözlənilir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google