Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis
Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə son 24 saat
ərzində
Tbilisi, Şida Kartli və Kvemo Kartlidə həyata keçirilən polis
tədbirləri nəticəsində “qanuni oğru aləmi” ilə əlaqədə olmaqda
şübhəli bilinən 21 nəfəri saxlayıblar. Daha 9 nəfərə, o cümlədən
xaricdə yaşayan kriminal avtoritetə ittiham irəli sürülüb.
Mərkəzi Kriminal Polis Departamentinin direktoru David
Kiknadzenin
sözlərinə görə, istintaq nəticəsində aydın olub ki,
təqsirləndirilən şəxslər, o cümlədən Kvemo Kartlidə fəaliyyət
göstərən şəxslər maliyyə mübahisələrinin həlli məqsədilə “qanuni
oğru müzakirələri” təşkil ediblər. Həmin müzakirələrdə xaricdə
yaşayan kriminal avtoritet Elmuraz Məmmədov da iştirak edib.
İstintaqın məlumatına görə, Elmuraz Məmmədov Gürcüstanda onunla
əlaqəli olan şəxslərlə əlaqə saxlayaraq, onların vasitəsilə
vətəndaşlardan və sahibkarlardan “qanuni oğru qaydaları” əsasında
böyük məbləğdə pul tələb edib. Tələblər yerinə yetirilmədiyi halda
isə həmin şəxslər fiziki zorakılıq və ya ölümlə hədələniblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları gizli istintaq tədbirləri
və axtarışlar nəticəsində maddi sübut kimi mobil telefonlar və
kompüter avadanlıqları götürüblər. İstintaqın məlumatına görə,
təqsirləndirilən şəxslər bu vasitələrlə bir-birləri və xaricdə olan
kriminal avtoritetlə əlaqə saxlayıblar.
Polisin məlumatına əsasən, saxlanılan şəxslərin yaşayış yerlərində
aparılan axtarışlar zamanı, həmçinin “qanuni oğru kassası” üçün
toplandığı ehtimal olunan 62 min ABŞ dollarından çox pul vəsaiti,
avtomobillər, döyüş sursatları və odlu silahlar aşkar edilərək
götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³ və
223⁴-cü maddələri ilə aparılır. Həmin maddələr 15 ilədək azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyindən bildirilib ki, mütəşəkkil cinayətkarlığa
qarşı mübarizə, o cümlədən Kvemo Kartlidə aktiv şəkildə davam
etdiriləcək və bu istiqamətdə əməliyyat-axtarış və istintaq
tədbirləri yenə həyata keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.