Parcianinin mer müavini təyin edilməsindən sonra, Bələdiyyə Məclisi yeni üzvünü təsdiqlədi

Marneuli Bələdiyyə Məclisinin 13 iyul tarixində keçirilən iclasında Teona Parcianinin deputatlıq səlahiyyətlərinə rəsmi olaraq xitam verildi,

onun yerinə isə növbəti deputat kimi Ramiz Hacıyev Bələdiyyə Məclisi üzvü seçildi.

Ramiz Hacıyev bələdiyyə məclisinə proporsional seçki siyahısı ilə, "Gürcü Arzusu" partiyasının nümayəndəsi statusunda daxil olub. O, partiyanın seçki siyahısında növbəti namizəd idi.

Həmin iclasda Bələdiyyə Məclisi iki komissiyaya

yeni sədr də seçdi.

Maliyyə-Büdcə Komissiyasının sədri vəzifəsinə Zurab Çoniaşvili seçildi. Bu vəzifəni daha əvvəl Teona Parciani tuturdu. Sosial Məsələlər Komissiyasının sədri vəzifəsinə isə Vano Burnadze təyin olundu.

"Bu gün Teona Parcianinin yerinə növbəti üzvün qəbulu baş tutdu. Siyahıda növbəti şəxs olan Ramiz Hacıyev “Gürcü Arzusu” partiyasının proporsional siyahısı ilə Bələdiyyə Məclisi üzvü oldu. Həmçinin iki komissiyanın sədrinin seçilməsi baş tutdu. Bildiyiniz kimi, Teona Parciani Maliyyə-Büdcə Komissiyasının sədri vəzifəsini icra edirdi. O getdikdən sonra Bələdiyyə Məclisi gizli səsvermə yolu ilə Zurab Çoniaşvilini Maliyyə-Büdcə Komissiyasının, Vano Burnadzeni isə Sosial Məsələlər Komissiyasının sədri seçdi", -
Marneuli Bələdiyyə Məclisinin aparat rəhbəri Nino Beridze izah etdi.

Marneuli Bələdiyyə Məclisinin 13 iyulda keçirilən iclasında gündəlikdə dayanan altı məsələ müzakirə olundu.

Müzakirə olunan mövzular arasında marneulili idmançıların pul mükafatı ilə həvəsləndirilməsi, bələdiyyənin bir neçə küçəsinə nömrələrin verilməsi və təbii fəlakətdən zərər çəkmiş beş fermerin torpaq vergisindən azad edilməsi məsələləri də yer aldı.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google