Marneulidə zorakılıq qurbanlarının böhran mərkəzi yaradılacaq.
Bu mərkəzdə ailə zorakılığı qurbanlarına, cinsi zorakılıq və
qadınlara qarşı törədilən zorakılığın qurbanlarına xidmət
göstəriləcək.
Keti Beroşvilinin bizimlə söhbəti zamanı bildirdiyinə görə,
hal-hazırda mütəxəssislərin seçimi davam edir.
“Burada sosial işçi, psixoloq və hüquqşünas işləyəcək.
Mərkəzin xidmət prinsipi pulsuz psixoloji məsləhətlər veriləcək,
bunu dövlət fondu, yəni biz maliyyələşdiririk. Hüquqi məsləhət,
hüquqi yardım olacaq. Hüquqi məsləhət və yardım fərqli şeylərdir.
Və sosial işçinin rolu. Zorakılığa təsir göstərməkdə sosial işçinin
də böyük rolu var. Mərkəzdə bu üç istiqamətdə məsləhətlər
olacaq” - deyə Keti Beroşvili bildirdi.
Marneulidə böhran mərkəzi ilin sonunadək açılacaq. Tbilisi, Kutaisi
və Qoridə artıq müvafiq mərkəzlər fəaliyyət göstərirlər.