DİN narkotik vasitələrlə mübarizəni davam etdirir – 10 ayda Ponicalada 192 nəfər həbs olunub
10:43 / 08.10.2018
DİN-in mərkəzi kriminal polis departamentinin təşkil olunmuş
cinayətlərlə mübarizənin əsas idarəçiliyinin rəhbəri Mamuka
Celidzenin brifinqi:
DİN ölkə miqyasında narkotik vasitələrdən qanunsuz istifadəyə qarşı
mübarizə aparır. Nazirliyin əməkdaşları son günlərdə aparılan
əməliyyat nəticəsində narko cinayətlər aşkarlayıblar, böyük
miqdarda narkotik çıxarıblar və çox şəxsləri həbs ediblər.
Mərkəz Kriminal Polis Departamentinin narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı mübarizə İdarəçiliyinin əməkdaşları 1977-ci ildə
anadan olmuş Z.Q.-nı xüsusən böyük miqdarda narkotik vasitənin əldə
edilməsi ittihamı ilə saxlayıb.
Hüquq mühafizəçiləri saxlanılana aid maşının yoxlayışı zamanı
xüsusi olaraq qurulmuş gizlin yerdən sübut olaraq müxtəlif növ
narkotik vasitələr çıxarıblar. İstintaqın əvvəlcədən olan
göstəriciləri ilə çıxarılıb: 6800 həb “ekstazi”, 1 kq “həşiş”,
“kokain” və “LSD” həbləri. İstintaq xüsusən böyük miqdarda olan
narkotik vasitələri qanunsuz əldə edilməsi faktına dair gedir.
Tbilisi-Rustavi avtomagistralında Kvemo Kartlinin polis
departamentinin əməkdaşları tərəfindən aparılan operativ istintaq
tədbirləri nəticəsində maşın saxlanılıb. Sərnişinlərin şəxsi
yoxlanması zamanı ayaqqabının altından, sübut olaraq 1 kq-a qədər
narkotik vasitə çıxarıblar və bu 180 qram heroin təşkil edir.
Cinayət 8-dən 20 ilə qədər və ya həmişəlik azadıqdan məhrum
edilməni nəzərdə tutur.
Həmçinin, Tbilisinin Polis Departamentinin və Tbilisi
prokurorluğunun əməkdaşları birgə əməliyyat nəticəsində aparılan
istintaqla Ponicalada 3, Tbilisidiə vaqzal ərazisində isə 1 nəfər
narkotik istehsalçısını saxlayıblar. Onlar tərəfindən törədilən
cinayət 6-dan 11 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə
tutur.
Hüquq mühafizəçilər Ponicalada narkotik vasitələrə görə 2 nəfəri
saxlayıblar və xüsusən böyük miqdarda narkotik maddə çıxarıblar.
Həbs olunublar: 1984-cü il təvəllüdlü T.İ. və 1980-ci il təvəllüdlü
R.K.
Polis oların şəxsi evlərində axtarış edib, 40 top narkotik vasitə
heroin aşkarlayıb. Eləcə də həbs olunanlardan birinə aid olan 4
avtomobil sübut olaraq götürülüb.
Qeyd edilməlidir ki, 2017-ci ilin noyabrından 2018-ci ilin 3
oktyabrına qədər Ponicalada müxtəlif narkotik vasitələrdə görə 192
nəfər saxlanılıb. Onun 13 nəfəri qadın 179 nəfəri kişidir.