Polşada 28 yaşlı bir qadını qətlə yetirməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Kiyevdə saxlanılıb
28 yaşındakı Polşalı qadını öldürməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Kiyevdə saxlanılıb. Bu barədə Polşa polisi rəsmi “Twitter” səhifəsində məlumat yayımlayıb. Şübhəli bu gün saxlanılıb.

“Şübhəlinin saxlanılması Ukrayna polisi ilə nümunəvi əməkdaşlıq, Ukraynada Gürcüstan və Polşa əlaqələndirici zabitlərinin dəstəyi və İnterpolun baş ofisinin əməkdaşlığı ilə mümkün olmuşdur”, - Polşa polisinin bəyanatında yazılıb.

Polşa mətbuatının xəbərinə görə, Lodz şəhərində 28 yaşlı qadının qətlində yerli prokurorluq 39 yaşlı Mamuka Xetsurianı ittiham edir.

"Qadın döyülüb və təcavüzə uğrayıb. Ölümünə boğaz nahiyəsindən iti alətlə, güman ki bıçaqla aldığı yara səbəb olmuşdur", - Lodzun prokuroru Kşiştop Kopania bildirib.

Polşa mətbuatı xəbər verir ki, cinayətdən sonra Xetsuriani Polşa-Ukrayna sərhədini keçib.

Mənbə: İnterPressNews

Print