Xəbərlər
28 il ərzində hazırlanmış yüzlərlə saz

Sazbənd Bafəli Adığözəlov hər gün evindən çıxaraq Marneuli bazarı ərazisində kirayələdiyi kiçik emalatxanasına gedir. O, əslən Bolnisi rayonun Dəllər kəndinəndir. Bir neçə ildir ki, Marneuliyə köçərək ailəsi ilə birlikdə burada yaşayır. Hər gün səhər evindən çıxaraq emalatxanasına gedir. Səhər ilk işə başlamazdan əvvəl o, emalatxanasında çay içər, sonra isə öz işinə başlayar.

59 yaşlı müsahibimiz 28 ildir ki, bu sənətlə məşğuldur. Deyir ki, babasının, atasının aşıq sənətinə vurğunluğu ona da keçib. Uşaqlıqdan saz musiqisini sevib və ona görə də bu sənəti öyrənib. Sazla yanaşı ən çox sevdiyi sənətlərdən biri də qara zurna olub.



Sazbəndliyə marağın haradan gəldiyindən danışan Bafəli ustadı Kövrək Muradın yanına gedib gəldikcə bu sənətə vurulduğunu deyir.



Usta deyir ki, saz əsasən tut ağacından hazırlanır. Əvvəlcə ağac bir neçə hissəyə bölünür və qurudulur. Bundan sonra həmin ağac suya salınaraq qaynadılır.



Sazın hazırlanmasının uzun proses olmasından danışan Bafəli usta deyir ki, əvvələr sazın hazırlanması daha çətin idi. Hər bir işi ələ görürlərmiş.



Sazbənd həm də sazda ifa etməyi də bacarır. Deyir, “bu alətdə ifa edə bilməsən onu düzəldə bilməzsən”. Usta deyir ki, bu sənətin gələcəyə ötürülməsi üçün təmənasız öyrətməyə hazırdır, təki bu sənət unudulmasın.



| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Marneuli bələdiyyəsində bu gün, 21 martda Novruz
bayramı qeyd olundu.
15:26 / 21.03.2019
Marneuli bələdiyyəsində bu gün, 21 martda Novruz bayramı qeyd olundu.
“Əgər siz
gəlirinizin 10%-dən çoxunu oyunlara xərcləyirsiniz bank sizə kredit
verməyəcək”
15:13 / 21.03.2019
“Əgər siz gəlirinizin 10%-dən çoxunu oyunlara xərcləyirsiniz bank sizə kredit verməyəcək”
Kvemo Kartli
Dövlət Müvəkkili Şota Rexviaşvili Marneulili sakinlərin Novruz
bayramını təbrik edib.
14:50 / 21.03.2019
Kvemo Kartli Dövlət Müvəkkili Şota Rexviaşvili Marneulili sakinlərin Novruz bayramını təbrik edib.
Sabirkənddə 30 ədəd bar verən qoz ağacı
kəsilib. Bu haqda bizə zərər çəkən Elnur Məsimov özü
dedi.
21:36 / 20.03.2019
Sabirkənddə 30 ədəd bar verən qoz ağacı kəsilib. Bu haqda bizə zərər çəkən Elnur Məsimov özü dedi.
Bu gün, 20 mart tarixində “Marneuli Mülki
Məşğulluq Mərkəzlər Şəbəkəsinin” Marneuli ofisinin təşkilatçılığı
ilə “Gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün dövlət
xidmətləri” mövzusunda görüş keçirildi.
16:56 / 20.03.2019

Bu gün, 20 mart tarixində “Marneuli Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsinin” Marneuli ofisinin təşkilatçılığı ilə “Gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün dövlət xidmətləri” mövzusunda görüş keçirildi.

İndoneziyanın şərqində yerləşən Papua
əyalətində daşqın nəticəsində həlak olanların sayı 89-a
çıxıb.
15:33 / 20.03.2019
İndoneziyanın şərqində yerləşən Papua əyalətində daşqın nəticəsində həlak olanların sayı 89-a çıxıb.
Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd
İmamquliyev Gürcüstan prezidentinin Marneuliyə səfərinə münasibət
bildirib.
15:14 / 20.03.2019

Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd İmamquliyev Gürcüstan prezidentinin Marneuliyə səfərinə münasibət bildirib.