Polis Gürcüstanın müxtəlif şəhərlərində ona yaxın ticarət obyektinin qarət olunması faktlarını açıb – 3 nəfər saxlanılıb, onlardan biri yetkinlik yaşına çatmamış şəxsdir
DİN-in əməkdaşları Kutaisidə 3 nəfəri saxlayıb. Onlar müxtəlif vaxtlarda Borjomi və Kutaisidə ona qədər ticarət obyektini qarət ediblər. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Samtsxe-Cavaxeti polis departamentinin əməkdaşları tərəfindən aparılan operativ əməliyyat nəticəsində müəyyən edilib ki, 2000-ci il təvəllüdlü L.C. və icbar iş altında olan iki nəfər – 2000-ci il təvəllüdlü Q.M. və 2003-cü il təvəllüdlü M.C. cari ilin 21 yanvarında Borjomi şəhərində, Cavcavadze küçəsində yerləşən ərzaq mağazasını qarət ediblər və hadisə yerindən qaçıblar.

Eləcə də istintaqla müəyyən edilib ki, Borjomidə törədilən cinayətdən əlavə yetkinlik yaşına çatmamış M.C. yanındakı şəxslərlər bərabər Kutaisidə 6 ticarət obyektini qarət edib. Onlar qeyd olunan obyektdən müxtəlif əşyalar və pul oğurlayırmışlar, sonra isə hadisə yerini tərk edirlərmiş.

Polis üç nəfəri də məhkəmə hökmü əsasında, 29 yanvarda Kutaisidə saxlayıb.

İstintaq Gürcüstan CM-nin 177-ci maddəsinin 3-cü hissəsinin "a" altbəndi ilə gedir. Maddə əvvəldən razılaşma ilə qrup tərəfindən törədilən oğurluğu nəzərdə tutur.

Mənbə: police.ge

Print